"Təəsüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək" - Müdafiə Nazirliyi

"Təəsüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veirləcək".
Redaktor.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.
"Hazırda vəziyyət gərgin olaraq qalır. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - o, qeyd edib.
Anar Eyvazov eyni zamanda xüsusilə erməni KİV-də yayılan dezinformasiyalara inanmamağa, ancaq rəsmi məlumatlara müraciət etməyə çağırıb.