Ermənilər etiraf etdi: “Sünikdə və Geqarkunikdə mövqe itkilərimiz var”

 09:45 15.09.2022     730

Sentyabrın 13-də Azərbaycanla dövlət sərhədində baş verən hərbi insident  nəticəsində Ermənistan tərəfi həm Sünikdə (Zəngəzir-red.), həm də Geqarkunikdə (Göyçə-red.) mövqe itkiləri verib.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın “Sünik şəhəri”nin keçmiş qubernatoru, eləcə də müdafiə nazirinin sabiq müşaviri Melikset Poqosyan “Hraparak” qəzetinə açıqlamasında deyib.

Zəngəzur vilayətinin İşxanasar (Qızılcıq-red.) kəndi bölgəsində mövqe dəyişikliyi ilə bağlı xəbərləri təkzib etməyən Melikset Poqosyan “müharibədə hər şey mümkündür” deyib.

“Hraparak” söhbətin hansı miqyasdakı mövqe dəyişikliklərindən getdiyini aydınlaşdırmağa çalışarkən M.Poqosyan belə cavab verib: "İndi bunu sizə deyə bilmərəm" (modern.az).