Daha 21 şəhidimizin adı açıqlandı - YENİ SİYAHI - FOTO

 13:15 15.09.2022     1583

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların yeni siyahısı açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Xatırladaq ki, 12-13-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Təbxribat nəticəsində 71 hərbçimiz şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı

 1. Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, 1998-ci il təvəllüdlü Səmədov Elnur Sədaqət oğlu (İsmayıllı rayonu)

2. Gizir, 1993-cü il təvəllüdlü Muradov Seyfəddin Mahmud oğlu

3. XTQ snayperi, 1998-ci il təvəllüdlü Heydərov Şair Camal oğlu (Qusar rayon Mucuq kəndi)

4. Əsgər, 2003-cü il təvəllüdlü Hüseynov Elmir Abdul oğlu

5. Əsgər, 1997-cü il təvəllüdlü Hüseynov Səddam Rafiq oğlu (Tovuz rayonu, Çəmənli kəndi)

6. Əsgər, 2002-ci il təvəllüdlü Xəlilov Qədim İlqar oğlu (İsmayıllı rayonu)

7. Əsgər, 2003-cü il təvəllüdlü İmanquliyev Ümid Vüqar oğlu (Goranboy rayonu, Qaradağlı kəndi)

8. Əsgər, 2003-cü il təvəllüdlü Kərimov Zöhrab Azad oğlu (Biləsuvar rayonu)

9. Əsgər, 2004-cü il təvəllüdlü Qəfərli Amin Rasim oğlu

10. Əsgər, 2003-cü il təvəllüdlü Quliyev Fərid Vahid oğlu

11. Əsgər, 2002-ci il təvəllüdlü Qurbanov Xəqan Daşqın oğlu

12. Əsgər, 2001-ci il təvəllüdlü Lətifov Fərid Qiyas oğlu (Şəki şəhəri)

13. Əsgər, 1991-ci il təvəllüdlü Mahmudzadə Ülvi Məzahir oğlu (Tovuz rayon Alakol kəndi)

14. Əsgər, 2001-ci il təvəllüdlü Məhərrəmov Elnur Nərbala oğlu (Göyçay rayon Şəkər kəndi)

15. Əsgər, 2001-ci il təvəllüdlü Məhərrəmov Turan Tərlan oğlu (Zaqatala rayon Qımır kəndi)

16. Əsgər, 1996-cı il təvəllüdlü Məmmədli Namiq Ağəmməd oğlu (Bərdə rayon Mehdili kəndi)

17. Əsgər, 2002-ci il təvəllüdlü Məmmədov Səfiyar Elşən oğlu

18. Əsgər, 1999-cu il təvəllüdlü Nəsibov Kənan Cəbrayıl oğlu (Tovuz rayon Əsrik Cırdaxan kəndi)

19. Əsgər, 2002-ci il təvəllüdlü Şirinov Polad Seyran oğlu (Yardımlı rayonu Urağaran kəndi)

20. Əsgər, 2003-cü il təvəllüdlü Verdiyev Nihad Nicat oğlu

21. Əsgər, 1999-cu il təvəllüdlü Nəbiyev Hüseynalı Hikmət oğlu (Fotosu əlavə edilməyib)