Ermənistanın 450 nəfərədək canlı qüvvəsi MƏHV EDİLİB

Sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Redaktor.az "report"a istinadla xəbər verir ki, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistan silahlı birləşmələrinin 450 nəfərədək canlı qüvvəsi məhv edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəklik nəzarətə götürülüb.