Goranboy şəhidləri dəfn edildi - FOTO

Goranboyda şəhidlər Ümid İmmamquliyev və Səfiyar Məmmədov torpağa tapşırılıb.
Redaktor.az xəbər verir ki, Ermənistan Silahlı qüvvələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribatlar zamanı şəhid olan, Goranboy rayon Qaradağlı kənd sakini, 2003-cü il təvəllüdlü İmmamquliyev Ümid Vüqar oğlu Qaradağlı kənd qəbristanlığında dəfn olunub.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı, rayonun bütün rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
***
Düşmən təxribatının qarşısının alınması zamanı şəhid olan digər Goranboy sakini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu olan, Goranboy rayonu Qızılhacılı qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Səfiyar Elşən oğlu isə Balakürd kənd qəbristanlığında dəfn olunub.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, rayonun bütün rəhbər şəxsləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Səfiyar Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Həmçinin Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyə Cümhuriyyətinin “Yurdda sülh, cahanda sülh” medalı ilə də təltif edilib.
İLTİFAT


















