Hərbçilərimiz mühasirəyə düşüb? - RƏSMİ AÇIQLAMA

 16:12 16.09.2022     7336

"Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır".

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - məlumatda qeyd edilib.