20 yaşlı əsgər Cəlilabadda dəfn edildi

 17:27 16.09.2022     432

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 20 yaşlı əsgər Kəlbiyev İsa Rəhim oğlu dəfn edilib.

Redaktor.az xəbər verir ki, şəhid doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra şəhid Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 350-400 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.