Sərhəddəki hadisələrdə neçə erməni əsgər əsir düşüb? - AÇIQLAMA

 15:52 17.09.2022     1874

Ermənistan-Azərbaycan sərhəddində baş vermiş son silahlı toqquşmada 10-dan artıq erməni əsgər əsir götürülüb.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəliyinin sözçüsü Hasmik Samvelyan bildirib.

“Müəyyən edilmiş məhbuslarla bağlı başqa məlumatı qeyd edə bilmərəm”, - deyə o bildirib. Hasmik Samvelyan  bununla bağlı artıq beyməlxalq təşkilatlardan kömək istənildiyini vurğulayıb.