Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdu

 18:00 17.09.2022     1326

Azərbaycan Ordusunun daha bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlimlər Türkiyənin Çanaqqala şəhərində yerləşən 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında keçirilib.

“Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb”, - nazirlikdən qeyd olunub.

Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.