Yaralı xüsusi təyinatlımız şəhid oldu - FOTO - YENİLƏNİB

 22:34 17.09.2022     1315

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.

***

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində yaralanan hərbçi Yusif Qurbanov şəhidlik zirvəsinə ucalıb.

Redaktor.az "qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi. O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı olub.