Ermənistan son döyüşlərdə məhv edilmiş qadın hərbçilərinin adlarını AÇIQLADI

 01:47 19.09.2022     1228

Sentyabrın 12-də və 13-ə keçən gecə Azərbaycana qarşı son təxribatı zamanı Ermənistanın 5 qadın hərbçisi məhv edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.

Qeyd edilir ki, sentyabrın 13-də baş verən hərbi əməliyyatlar zamanı qadın hərbi qulluqçular və polislər - Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan məhv ediliblər.

Qeyd edək ki, Alisa Melkonyan aprel döyüşlərində məhv edilmiş Qaqik Melkonyanın bacısıdır.