Döyüşlərdə məhv edilən erməni qadın snayperlər - ADLAR

 10:13 19.09.2022     632

Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də sərhədboyu ərazilərdə törətdiyi hərbi təxribatlarda qadın döyüşçülər də iştirak edib.

Redaktor.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan hərbçilərinə qarşı döyüşən erməni qadınlar əsasən könüllülər olublar. Onların bir çoxu öz ölkələrində snayper silahı daşıyan sərrast atıcılar kimi tanınıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 13-də baş vermiş döyüşlərdə ən azı 6  qadın döyüşçü Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. Həmin döyüşçü qadınların adları və şəkilləri də erməni mətbuatında dərc edilib.

Bunların Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan, Qayane Abqaryan, Susanna Marqaryan olduğu bildirilir.