Azərbaycan Türkiyədən yeni silahlar almaq istəyir 

 22:42 19.09.2022     651

Azərbaycan Türkiyədən müasir qumbaraatanlar almağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” nəşri yazıb.

Nəşr bildirir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin əmri ilə Konya şəhərində yerləşən şirkət 40 mm-lik qumbaraatanların istehsalına başlayıb.

Məlumatda qeyd olunub ki, uzaqmənzilli qumbaraatan 5000-dən çox atəş aça bilir, yüngül çəkiyə malikdir və daşınması da çox rahatdır.

Nəşr onu da bildirib ki, Azərbaycan 400 və 800 metr məsafələrə atəş açmaq qabiliyyətinə malik qumbaraatanlar almaq istəyir.