Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirildi
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Redaktor.az xəbər verir ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-də və 25-də tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.












