"Təhvil verilən hərbçilərə əsirlikdə işgəncə verilməyib" - Ermənistan İstintaq Komitəsi
Hazırda müstəntiqlər Ermənistana qaytarılmış hərbçiləri dindirir, qalanları müalicə alır.
Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.
qeyd edib ki, hazırda 10 hərbçi şahid kimi dindirilir, qalan 7 hərbçi isə müalicədədir, reabilitasiyaları bitdikdən sonra dindiriləcək.
Tadevosyanın sözlərinə görə, qaytarılan hərbçilər arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlpə yaraları aşkar olunub, onlar əsirlikdə işgəncələrə məruz qalmayıb.
Xatırladaq ki, oktyabrın 4-də ABŞ-ın vasitəçiliyi ilə rəsmi Bakı İrəvana 17 erməni hərbçini qaytarıb.












