Hərbi attaşelər Edillidə kütləvi mərazlığa baxış keçirdi - FOTO
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Xocavənd rayonuna səfər edib.
Redaktor.az xəbər verir ki, hərbi attaşelər rayonun Edilli kəndində aşkarlanan kütləvi məzarlığı ziyarət edib.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov hərbi attaşeləri məlumatlandıraraq bildirib ki, kütləvi məzarlıqda ayaqları bağlanmış 12 nəfərin sümükləri aşkarlanıb (apa).


















