Ordumuz atəş açmayıb - Müdafiə Nazirliyi təkzib etdi
Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirliyin açıqlamasında qeyd olunub.












