Ermənilər ərazilərimizi sıx şəkildə minalayıb

 15:40 19.10.2022     221

Ermənilər işğal altında qalan ərazilərimizi sıx şəkildə minalarla çirkləndirilib.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

V.Süleymanov bildirib ki, Ermənistanın təqdim etdiyi mina fomulyarların cəmi 2 faizi səmərəli olub. O qeyd edib ki, keçmiş təmas xətti daha çox minalanıb:

“Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər aşkarlandı ki, 1 kvadratmetrdə 8 mina tapıldı. Horadiz-Ağbənd dəmir yol xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina tapılmışdı. Yəni ermənilər ərazilərimizi çox sıx şəkildə minalayıb”.