DTX bu nazirlikdə əməliyyat apardı - nazir müavini və digərləri saxlanıldı - YENİLƏNİB - FOTO

 18:25 01.11.2022     747

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı 14 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Caliber” xəbər verir.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha iki vəzifəli şəxsin adı məlum olub.  

Redaktor.az "Bizim.Media"ya  istinadən əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb və Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da saxlanılıb.

Qeyd edək ki, İlkin Nəsibov Elnur Əliyevin xalası oğludur.  

İlkin Nəsibov 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb. 

O, 2020-ci ilin avqustunda xalası oğlu olan Elnur Əliyevin vasitəsilə Mədəniyyət Nazirliyində vəzifəyə təyin olunub.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Redaktor.az report-a istinadla xəbər verir ki, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.

Hazırda əməliyyat davam edir.

Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.

Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən