"Sentyabr döyüşləri Azərbaycan Ordusunun hərbi üstünlüyünü artırdı" - Kərim Vəliyev

 17:03 02.11.2022     185

"Sentyabr döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı".

Redaktor.az xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi" mövzusunda respublika elmi-praktik konfransda çıxışında deyib.

""2021-ci və 2022-ci illərdə, o cümlədən cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmaları zamanı əldə edilən uğurlar postmüharibə dövründə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların düzgün istiqamətə yönəldiyini sübut etdi. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu Ermənistanın hərbi infrastrukturuna ciddi zərbə vuraraq düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı", - Baş Qərargah rəisi vurğulayıb.