DSX-nin əsgəri özünü güllələdi

 12:05 03.11.2022     643

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.