Ordumuzun qarşı tərəfə atəş açması xəbəri yalandır - MN

 21:20 12.11.2022     367

Noyabrın 12-də saat 18:00-dan 19:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfin bölmələrinə atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - MN-dən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən