Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

 08:56 14.11.2022     133

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, başsağlığıda deyilir:

"İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin".