Zakir Həsənov Gürcüstana getdi - FOTO

 12:21 14.11.2022     250

Noyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.

Redaktor.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, general-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

2
Vumart və Güvən reklamı Vumart Güvən