Müdafiə Nazirliyi daha bir hərbçinin vəfatı barədə məlumat yaydı

 18:56 17.11.2022     538

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə baxmayaraq noyabrın 17-də vəfat edib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu da yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat edib.