"Yayılan məlumatı qəti surətdə təkzib edirik" - Müdafiə Nazirliyi

Noyabrın 17-də saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.