Ermənilərdən növbəti vəhşilik - Azərbaycanlılara məxsus qəbirləri təhqir edirlər

 10:25 30.11.2022     497

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.

Videoda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri – başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.

Kadrlardakı ermənilərdən birinin gödəkçəsinin qolunda Rusiya Federasiyası Daxili Qoşunlarına (2016-cı ilədək mövcud olub – red.) məxsus şevron olduğu da görünür (oxu.az).

 

Vumart və Güvən reklamı Vumart Güvən