ABŞ yeni gözəgörünməz "B-21 Raider"i təqdim etdi - VİDEO

 13:10 03.12.2022     541

ABŞ-da ən müasir strateji gözəgöizli bombardmançı "B-21 Raider" təqdim edildi.

Redaktor.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin təqdimat zamanı "B-21 Raider"uçuş məsafəsi, davamlılığı və gizliliyi ilə analoqu olmayan təyyarə adlandırıb. Çünki ən müasir hava hücumundan müdafiə sistemləri onu aşkar edə bilməyəcək.

"O, kəşfiyyat məlumatlarının toplanmasından tutmuş, müttəfiqlərimiz və tərəfdaşlarımızla mübarizə idarəsinə və inteqrasiyaya qədər hər şeyi idarə edə bilər. Və bu, müxtəlif bölgələrdə birləşmiş qüvvələrdə qüsursuz işləyəcək", - Pentaqonun rəhbəri vurğulayıb.

Pentaqonun rəhbəri həmçinin qeyd edib ki, bu təyyarə yaradılması ABŞ-ın ölkəni müdafiə etmək əzminin təcəssümüdür, həmçinin ABŞ-ın milli müdafiənin mərkəzində olan çəkindirmə strategiyasını gücləndirir və dəstəkləyir.

Təyyarənin ilk uçuşunun 2023-cü ildə Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələri bazasında həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, ABŞ-ın son bu qəbildən 30 ildə istehsal etdiyi ilk döyüş təyyarəsidir.

"Bu gün təqdim edilən B-21 Raider həm adi, həm də nüvə silahlarını daşıya biləcək iki məqsədli gizli bombardmançı olacaq. Hərbi Hava Qüvvələrinin bombardmançılarının əsasını gələcəkdə "B-21" və "B-52"lər təşkil edəcək. ", - ABŞ Hərbi Hava Qüvvələri bildirib.

Tunar Altunbay

 

2
Vumart və Güvən reklamı Vumart Güvən