Jurnalistlərin Kəlbəcərdə mina partlayan əraziyə səfəri başladı

 08:56 15.12.2022     503

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərə - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb.

Redaktor.az xəbər verir ki, məqsəd erməni hərbi birləşmələrinin 2020-ci ildən basdırdığı mina ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

 

Vumart və Güvən reklamı Vumart Güvən