Nazirlik minaya düşən hərbçilərin son durumunu AÇIQLADI

 19:03 15.12.2022     631

Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçuları Axundov Rza Yusif oğlu, Şirinov Murad İsa oğlu və İbişli Qabil Ədalət oğlunun hərbi tibb müəssisələrində həkimlərin nəzarəti altında müalicələri davam etdirilir.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hər üç hərbçinin həyati təhlükəsi yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən