İlham Əliyev DTX ilə bağlı fərman imzaladı

 19:50 15.12.2022     385

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbçi qulluqçularının və qurumun sisteminə işə götürülən işçilərin ştat sayının həddində dəyişikliklər təsdiqlənib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklərin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.