Sentyabr təxribatında ermənilər 224 itki verib
Ermənistanın sentyabrın 13-14-də təxribatları zamanı itkiləri açıqlanıb.
Redaktor.az məlumatına görə, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, 224 nəfər ölüb, daha üç nəfər itkin düşmüş hesab olunur.
Qeyd edək ki, iki gün davam edən döyüşlər zamanı 300-ə yaxın erməni hərbçisi yaralanıb.
Xatırladaq ki, oktyabrın 27-də Bakı 10, noyabrın 28-də isə daha 13 erməni əsgərinin meyitini təhvil verib.
Tunar Altunbay












