"Ermənilərin mövqelərinə atəş açılmayıb" - Müdafiə Nazirliyi

 10:06 20.12.2022     360

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən