Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin olundu

 13:41 05.01.2023     375

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edilib.

Redaktor xəbər verir ki, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.

Qeyd edək ki, Zeynal Ağayev bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.

Zeynal Ağayev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Bu təyinata kimi həmin məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edib.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 16 il (2007-2022) sədri olmuş Həbib Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə Nərimanov Rayon Məhkəməsinin sədri təyin olunub.