"Tərtər hadisələrinin araşdırılması ilə bağlı problem var" - Deputat

 15:05 25.01.2023     798

“Tərtər hadisələrinin araşdırılması ilə bağlı problem var. Belə olmasa, Prezidentimiz bu məsələ ilə bağlı yenidən komissiya yaratmazdı”.

Redktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

O təklif edib ki, bu məsələ də komitənin İş planına daxil edilsin: “Xaricdə oturanlar bu məsələni Azərbaycan dövləti adına çıxmağa çalışırlar. Halbuki yenidən komissiyanı Azərbaycan Prezidenti yaradıb. Bu prosesdə bəzi valideynlər heç istintaq prosesinə cəlb edilmirlər. Cinayətlə üzləşmiş əsgərin valideyni dəvət edilib, onun ifadəsi alınmır. Belə olan halda dövlət vətəndaşın gözündən düşür. Mən düşünürəm ki, belə valideynlərlə komitədə dinləmələr keçirilməlidir və nəticələri yenidən yaradılan komissiyaya təqdim edilsin”.