Azərbaycanın qadın zabiti NATO Müdafiə Kollecinin kursunu bitirdi - FOTO

 19:26 28.01.2023     365

Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ötən il avqustun 16-dan cari il yanvarın 27-dək davam edən kursda təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatları da olub.

Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir.

Qeyd edək ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.

 

 

2