Zakir Həsənov Türkiyəyə gedir

 09:38 01.02.2023     242

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.

Redaktor.az xəbər verir ki, nazir türkiyəli həmkarı Hulusi Akarla birlikdə Qars əyalətində keçirilən “Qış-2023” hərbi təlimlərini izləyəcək.

Qeyd edək ki, yanvarın 18-dən başlayan “Qış-2023” hərbi təlimlərində Azərbaycan hərbçiləri də iştirak edir.  Fevralın 2-də təlimlər yekunlaşacaq.