Zakir Həsənov Türkiyəyə getdi

 19:15 01.02.2023     283

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.