Qarsda uşaq Zakir Həsənovu qucaqladı - VİDEO

 19:56 04.02.2023     443

Türkiyədə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənovun türkiyəli həmkarı Hulusi Akarla hərbi təlimlərin keçirildiyi Qarsa gəlməsini əks etdirən yeni görüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, Qarsda yolüstü sakinlərlə söhbətləşən Akar və Həsənov şəkil çəkdiriblər.

Diqqət çəkən məqam isə azyaşlı uşağın qaçaraq Zakir Həsənovu qucaqlaması olub.