Azərbaycan ordusunun hərbi tibb personalı Kahramanmaraşdadır

 09:02 08.02.2023     410

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunan hərbi tibb personalımız hazırda Kahramanmaraş ərazisindədir.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, Müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlər zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərdən ibarət heyəti Türkiyəyə göndərilib.