DSX-nin əsgəri vəfat etdi

 16:07 12.02.2023     643

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Hüseynli Vüsal Vüqar oğlu xəstəlikdən vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”, - xəbərdə qeyd olunur.