Zakir Həsənov yenidən azad olunmuş ərazilərdə - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir hərbi infrastrukturun yaradılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə tikintisi davam edən bir neçə hərbi obyektdə görülən işlərlə tanış olub.
Məruzə olunub ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi və digər infrastruktur obyektləri, eləcə də hərbi qulluqçular və onların ailə üzvləri üçün yaşayış binası tikilir. Bütün obyektlərin müasir avadanlıqlarla təchiz olunmasının nəzərdə tutulduğu qeyd edilib.
Tikinti-quruçuluq işlərinin gedişatını yoxlayan müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.