Ordumuzun zabiti vəfat etdi
Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”,- deyə məlumatda qeyd edilib.