Müdafiə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət etdi

 11:40 26.02.2023     419

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti fevralın 26-sı Xocalı soyqırımı abidəsini ziyarət edib.
Redaktor.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.