Bugünkü erməni təxribatının görüntüləri yayıldı
Xəbər verdiyimiz kimi, bu gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitəsi Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib və qarşı tərəfdən atəş açılması nəticəsində baş verən atışmada hər iki tərəfdən həlak olan və yaralananlar olub.
Redaktor.az xəbər verir ki, erməni tərəfi bu gün baş verən atışmanın video görüntülərini yayımlayıb.