"Tamamilə yalandır" - Müdafiə Nazirliyindən AÇIQLAMA

 08:03 10.03.2023     548

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Yayılan məlumatı qəti surətdə təkzib edirik.