Hərbçi nişanlısının yanında öldü - FOTO

 16:03 31.03.2023     3169

Daxili Qoşunların hərbçisi vəfat edib. 

Redaktor.az xəbər verir ki, Lent.az-ın əlumata görə, hadisə Zaqatala rayonunda qeydə alınıb. 

Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatala sakini, 27 yaşlı Məhəmməd İbrahim oğlu Cindarov ürək tutmasından dünyasını dəyişib. 

Qeyd edək ki, M.Cindarov Daxili Qoşunların hərbi qulluqçusudur. O, Zaqatalaya məzuniyyətə gəlibmiş.

Onu da qeyd edək ki, M.Cindarov nişanlı olub. Bu gün o nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub. M.Cindarov nişanlısının yanında dünyasını dəyişib.