Dövlət Xidməti zabit qəbulu elan etdi

 15:51 10.04.2023     3416

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib.

Bu barədə Redaktor.az-a Dövlət Xidmətindən məlumat verilib.

Həqiqi hərbi xidmət keçmək arzusunda olan, 28 yaşadək (yalnız xidmət müddəti başa çatdığına görə Azərbaycanın Silahlı Qüvvələrinin ehtiyatına buraxılmış zabitlər) kişi cinsli Azərbaycan vətəndaşları Dövlət Xidmətinə qəbul olunmaq üçün 2023-cü il aprel ayının 10-dan iyun ayının 9-dək tələb olunan sənədlərini təqdim etməlidirlər.

Xidmətə qəbul olmaq istəyən namizədlər fiziki cəhətdən sağlam, Azərbaycanın istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Qeyd edək ki, namizədlərin xidmətə qəbulu Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”na uyğun həyata keçirilir. Hər bir namizədin bu Qaydalarla tanış olması zəruridir.