İtkin düşən hərbçilərimizdən XƏBƏR VAR

 17:00 10.04.2023     1318

Aprelin 10-da Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu aşkar edilərək saxlanılıb.

Redaktor.az bu barədə “Armenpress” Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Aprelin 10-da saat 01:00-dan 02:00-dək Ermənistan Respublikası ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu aşkar edilərək saxlanılıb. Onun sözlərinə görə, yanında başqa bir əsgər olub. İkinci hərbçinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, görmə məsafəsinin məhdudlaşdırılması və əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Naxçıvan istiqamətində itkin düşüb.

Turan İSMAYIL