İtkin düşən Azərbaycan əsgərinin Ermənistanda axtarışları davam edir

 13:59 11.04.2023     1817

Ermənistanda Naxçıvan ərazisindən ölkəyə daxil olan ikinci Azərbaycan əsgərinin axtarışları davam etdirilir.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, onun əlavə məlumatı yoxdur.

Sayt xatıladır ki, aprelin 11-nə keçən gecə Sisian icmasının Bnunis kəndində azərbaycanlılar görünüb və yerli sakinlər polisə müraciət ediblər. Daha sonra Müdafiə Nazirliyi məlumatı təsdiqləyərək Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun tapılaraq saxlanıldığını, digərinin isə axtarıldığını bildirib.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşməsi barədə məlumat vermişdi.

Turan İSMAYIL